4 MAY 2024, AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


Bakı Dizayn və SMM Forumu


Dizayn və sosial media dünyasında, innovasiya sərmayənizdir. İnkişafı qəbul edin, təcrübələrdən yararlanın və yeniliyin bir parçası olun.
Yanlız çərçivədən kənar nə edəcəyini düşünmək yerinə, çərçivə ilə də nə edəcəyini düşün!

"Develop with aiesec." tədbirləri gənclərin yumuşaq, eləcə də texniki bilik və bacarıqlarının inkişafına, onlara bu sahədə təcrübə qatmağa yönələn tədbirlər silsiləsidir. Bu tədbirlərdən növbəti olanı sahəyə maraq göstərən şəxslərin dizayn və SMM haqqında məlumatlanacağı "Bakı Dizayn və SMM Forumu"-dur.


Forumda peşəkar spikerlərin çıxışında müxtəlif mövzulara toxunulacaq, eləcə də baş tutacaq panel müzakirəsində öz suallarınıza cavab tapa bilərsiniz. Forum zamanı AIESEC-in mövzu ilə əlaqədar xaricdə təcrübə və könüllülük proqramları ilə tanış olmaq imkanı əldə edəcəksiniz. Çay fasiləsi ilə birlikdə iştirakçılar tədbir zamanı "Art Zona"-nın gənc sənətkarları ilə və 10-a yaxın əməkdaş və tərəfdaş şirkətlərlə şəbəkələşmə imkanı əldə edəcək. Tədbirdən əvvəl müsabiqə elan olunacaq və müsabiqənin qalibi tədbir zamanı mükafatlandırılacaq.

Ünvan

Azərbaycan Texniki Universiteti

Bilet Qiyməti
10 AZN

Forumun Agendası:

4 May 2024

10:30 - Qeydiyyat

11:00 - Giriş və Açılış

11:30 - I Spikerin Çıxışı

12:00 - II Spikerin Çıxışı

12:30 - AIESEC Çıxışı

13:00 - III Spikerin Çıxışı

13:15 - Şəbələkəşmə/Kofe fasiləsi

14:15 - IV Spikerin Çıxışı

14:45 - V Spikerin Çıxışı

15:00 - VI Spikerin Çıxışı

15:30 - Panel Müzakirəsi - 4 Spiker

16:30- VII Spikerin Çıxışı

17:00 - Bağlanış

Forumun Spikerləri ilə tanış olun!
"Tanımadığın hər bir insan, bilmədiyin yeni bilik mənbəyidir. Onlardan öyrən" H. Jackson Brown JR.
  • Rəsul Həsən
    Art direktor - Coders Azerbaijan
    O, 2018-ci ildə yazdığı Azərbaycanda ilk dəfə brendinq sahəsini əhatə edən "Bir Brendin Hekayəsi" adlı kitabın müəllifidir. Onun 2021-ci ildə nəşr olunan ikinci kitabı "Qrafik dizaynın əsasları" Azərbaycanda qrafik dizaynın nəzəri əsaslarını əhatə edən ilk kitab oldu. 2023-cü ildə bir neçə illik tədqiqatları və Azərbaycan, Rusiya, Avropa və Amerika arxivlərindən topladığı vizual məlumatlar əsasında hazırladığı 624 səhifəlik ensiklopedik nəşr hesab olunan "Azərbaycan qrafik dizayn tarixi" adlı kitabını təqdim edib.
  • Afaq Həşimli

    CEO - Archeda Group
    Memar - Afaq Həşimli 2017-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsilini başa vurmuşdur. O, memarlıq sahəsində universitetdən bəridir ki, fəaliyyət göstərir. Dizayn və tikinti ilə əlaqəli müxtəlif layihələr həyata keçirmişdir. Hal-hazırda “Archeda Group”-un CEO-sudur.
  • Elgün Seyidov
    Rəqəmsal Bölmənin rəhbəri - Bravo Supermarket
    Elgün Seyidov Qafqaz Universitetinin Business Administration (İngilis dili bölməsi) fakültəsini 2016-ci ildə bitirmiş, yenidən həmin universtietdə, Biznesin təşkili fakültəsində Magistrını davam etdirmişdir. Rəsmi iş həyatı isə 2016 oktyabr ayından başlayıb, həmin vaxt Araz Supermarketin Marketinq şöbəsində Kiçik Marketinq mütəxəssisi olaraq işə başlamış, 2 il yarım ərzində vəzifəsi pillə-pillə qalxmış və 2019-cu ildə Komunikasiya bölməsinin rəhbəri olmuşdur, daha sonra 2020-2023-cü illər aralığında Rəqəmsal bölmənin rəhbəri olub, 2023-cü ilin aprel ayından Bravo Supermarketə Rəqəmsal bölməsinin rəhbəri olaraq işə başlayıb, indi də həmin vəzifədə davam edir.
  • Vüsal Əzizov
    Dizayn komandasının rəhbəri - PASHA Bank
    Vüsal Əzizov 15 ildir ki, dizayn üzrə peşəkar iş təcrübəsinə malikdir. Əsas fokusu UX/UI dizayn sahəsi üzrədir. Müxtəlif illərdə DreamArt Creative Agency, Jeyhun Imanov Studioda Veb Dizayner olaraq işləmiş daha sonra isə DGTL şirkətində 2 il ərzində Art Direktor və R.I.S.K şirkətində UI dizayner kimi fəaliyyət göstərmişdir. 2018-ci ildən etibarən PAŞA Bank-da UX/UI dizayn üzrə baş mütəxəssis rolunda başlayaraq, dizayn komandasının rəhbəri vəzifəsinə yüksəlib. PAŞA Bankda 2018-2021 strateji illərdə nəzərdə tutulan bütün digital məhsulların hazırlanmasında özünün və komandasının bilavasitə rolu olmuşdur.
  • Le. Hashim
    Marketinq Konsultant və Strategist
    Le.Hashim Marketing Konsultant və Strategistdir, 9 illik Rəqəmsal Marketing təcrübəsi var. O, 25-dən çox qlobal brend üçün sosial media məzmun planı hazırlayıb. Bundan əlavə olaraq, Le.Hashim 60-dan çox yerli və qlobal brendlə əməkdaşlıq edib.
  • Nərmin Camalova
    Marketinq şöbəsinin rəhbəri - IT BRAINS Acedemy
Panel Müzakirəsinin spikerləri ilə tanış olun!
"Tanımadığın hər bir insan, bilmədiyin yeni bilik mənbəyidir. Onlardan öyrən" H. Jackson Brown JR.
  • Toğrul Xələfli
    Rəqəmsal marketinq mütəxəssisi - ABB
    Toğrul Xələfli artıq 2 ildən artıqdır ki, ABB-də aparıcı rəqəmsal marketinq mütəxəssisi kimi çalışır. Bankdan əvvəl SEO və SEM sahələri üzrə həm global bazarda həm local bazarda bir çox şirkətlə çalışmışdır. Hal Hazırda Segment tribeda çalışır və bankın keçirdiyi bütün kampaniyaların kommunikasiyasını o aparır.
  • Murad Nağıyev
    Baş Məhsul Dizayneri - ABB
    Murad Nağıyev orta təhsilini Bakı Komputer Kollecində təhsil alaraq dizayn sahəsində ilk addımlarını atmağa başlamışdır. O, həm də bir çox yerli və qlobal dizayn müsabiqələrinin qalibidir. Ali təhsilini Azərbaycan Dövlət Neft Akademiyasında bitirəndən sonra böyük yerli və qlobal şirkətlərdə Art Director və Məhsul dizayneri kimi çalışmışdır. Bir çox tanınmış məhsul və brendlərdə iş təcrübəsi də çoxdur. Hal-hazırda ABB-də Senior Məhsul dizayneri həm də ABB İnnovation-da mentorluq fəalliyətinə davam edir.
  • Anar Heravasov
    Rəqəmsal Marketinq şöbəsinin rəhbəri - Kontakt Home
    Anar Heravasov 2017-ci ildə Marketinq ixtisası üzrə UNEC məzunu olub. 166 şirkətində Marketinq Direktoru vəzifəsində çalışıb. Hazırda Kontakt Home-da Rəqəmsal Marketinq şöbəsinin rəhbəridir. Düşünür ki, yaxşı insan olmadan yaxşı menecer, mentor olmaq mümkün deyil. Pişikləri və itləri çox sevir.
  • Rəsul Həsən
    Art direktor - Coders Azerbaijan
    Həmçinin də panel müzakirəmizin spikeri  olacaq Rəsul Həsən 2015-ci ildə "Graphic Design Azerbaijan" onlayn dizayn cəmiyyətini yaradıb. Həmin ildə o, Ramiz Əlili ilə birgə su altında qalan Bayıl qalasının bərpası layihəsini hazırlayıb. 2021-ci ildə isə Azərbaycan tarixinə aid yüksək keyfiyyətli fotoşəkilləri pulsuz təqdim edən iri fotoarxiv saytı olan "Azkataloq.org"u yaradıb. O, həmçinin Azərbaycanda beş il ərzində hər il keçirilən ilk Dizayn Forumunu təşkil edib. 2022-ci ildə 1000-dən çox iştirakçını cəlb edən ilk "Bakı Dizayn Festivalı"nın təşəbbüskarı olub.
10 AZN
Dizayn və SMM sahəsindəki son yeniliklərdən xəbərdar olmaq, bu sahədə xaricdə könüllü və təcrübə proqramlarından məlumatlanmaq, ekspertlərin təcrübələrindən faydalanmaq və yeni insanlarla tanış olaraq şəbəkənizi genişləndirmək üçün indi bilet sahibi ol!
"Art zona"-nın gənc simaları ilə tanış olun.
"Bəzi insanlar yağışı hiss edir, bəziləri isə sadəcə islanır..." Bob Marley
  • Aytac Pirimova
    "Mən Aytac Pirimova, 19 yaşım var. Rəssamlıq akademiyasında təsviri incəsənət müəllimi üzrə təhsil alıram. Uşaqlıqdan bəri rəsmə həvəsim olub və uşaq ağlımla qurduğum xəyallar məni buraya yəni hazırda olduğum məqama gətirib çıxardıb. Sənətin mənim üçün işdən daha çox terapiya və ən güvənilir hiss etdiyim sahə olduğunu deyə bilərəm."
  • Leyla Tağıyeva
    "Mən Leyla Tağıyeva , 19 yaşım var , Azərbaycan Dövlət İqtisad Universitetində 3-cü kursda Dizayn ixtisası üzrə təhsil alıram.Yaratmağa uşaq vaxtdan həvəsim var və Casa De Art mənim üçün xəyallarımın başlanğıcı oldu . Studiomuzda master kimi fəaliyyət göstərirəm. Casa De Artda may ayının 31-ində 1 il olacaq ki işləyirəm.Gələcəkdə daha böyük layihələrə nail olmaq istəyirəm."
  • Mətanət Məmmədova
    "Mən yoluxucu xəstəliklər üzrə həkim-mütəxəssisəm. Amma kiçik yaşlarımdan həm həkim, həm də rəssam olmağı xəyal edirdim. Azərbaycan Tibb Universitetində təhsil alıb, həkim kimi ixtisaslaşsam da, incəsənətə xüsusi marağım vardı. Bu səbəbdən xüsusi təhsil almasam da həvəskar olaraq rəsm çəkməyi çox sevirəm. Bu həvəs mənim özümü zamanla inkişaf etdirməyim üçün stimul oldu."
  • Aytən Oruclu
    "2020-2024cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Akedemiyasının Dizayn ixtisasında təhsil almışam. 2023-cü ildən bəri Case De Art-da Art İnstructor, Celt Colleges-də Art Teacher kimi fəaliyyət göstərirəm."
  • Dəniz Məmmədli
    "191 saylı orta məktəbdə təhsil alıram. Rəsmə 3 yaşımdan başlamış, fasiləsiz bu yaşıma qədər də davam edirəm. 2019-cu ildən Artlife rəsm kurslarında həvəskar rəssam olaraq dərs alıram, hal-hazırda müəllimim Cavid Ələkbərovdur."
  • Gümüş Məmmədova
    "Bakı Modern Təhsil Kompleksində oxuyuram. Rəsmə kiçik yaşlarından başlamışam. 5 ildir ki, Art life Kurslarında fəaliyyət göstərirəm. Art life ailəsi ilə məni tanış edən kursun digər tələbəsi Nilufər xanım və anam Günel xanım olmuşdu"

Üstünlüklərimiz
Təcrübənizi daha yaxşı və effektiv etmək üçün üçün həmişə innovativ yanaşmaların axtarışındayıq.
Xaricdə təcrübə
Dizayn və SMM, eləcə də digər sahələr üzrə AIESEC-in xaricdə təcrübə və könüllülük proqramları haqqında ətraflı məlumat əldə edəcəksiniz.
Şəbəkələşmə
Sizə dizayn və SMM üzrə şirkət və mütəxəssislərimiz ilə çay fasiləsi ilə birlikdə 60 dəqiqəlik peşəkar şəbəkələşmə təklif edirik.
Ucuz Qiymət
Qiymət üstün xidmətlər verə bilmək üçün müəyyən edilmişdir.
Müsabiqə
Müsbiqədə iştirak etmək təkcə əyləncə və həyəcan təmin etmir, həm də iştirakçılarımıza öyrənmək, inkişaf etmək və özlərini sınamaq şansı verir.
Sənət Zonası
Gənc yaradıcılar ilə şəbəkələşmə, eləcə də onların əsərləri ilə tanış olacağınız bir hissə təqdim edirik.
Sertifikat
Könüllülük fəaliyyətinizdə istifadə edə biləcəyiniz sertifikat təqdim edirik.

Xarici təcrübə
SMM və Dizayn üzrə aktiv xaricdə könüllülük və maaşlı təcrübə proqramlarımız:
Qrafik dizayner və video editor
Subotica, Serbiya
Müraciət etmək isdədiyiniz təqdirdə, zəhmət olmasa ilk öncə +994 50 792 93 77, firuza.mehtiyeva@aiesec.net ilə əlaqə saxlayın.

Məsuliyyətlər:
  • Müştərilər üçün sosial şəbəkə profillərinin dizaynı.
  • Videolar, o cümlədən reels və kontentlər yaratmaq.
  • Canva istifadə edərək tələb olunduğu kimi prepressiya xidmətlərinin göstərilməsi
Kəşf et!
Dizayn və Marketinq üzrə Təcrübəçi
Niş, Serbiya
Müraciət etmək isdədiyiniz təqdirdə, zəhmət olmasa ilk öncə +994 50 792 93 77, firuza.mehtiyeva@aiesec.net ilə əlaqə saxlayın.

Məsuliyyətlər:
Məhsulun təşviqi:
  • Təcrübəçi komanda ilə əməkdaşlıq edərək şirkətin məhsullarını tanıtmaq üçün strategiya hazırlamaq.
  • Marketinq materiallarının yaradılmasında və satışları artırmaq üçün kampaniyaların planlaşdırılmasında və icrasında iştirak etmək.
Sosial media kampaniyaları:
  • Sosial media platformalarının idarə olunmasını
  • Facebook, Instagram, LinkedIn kimi platformalarda müsbət reputasiya yaratmaq məqsədi ilə kampaniyalar hazırlamaq.
Məhsulun markalanması:
  • Dizayn komandası ilə əməkdaşlıq edərək, təcrübəçi məhsulların unikallığını və dəyərini vurğulamaq üçün brendinq üzərində işləmək.
  • Brendi tanıtmaq üçün yaradıcı konsepsiyalar və materiallar hazırlamaq.
Kəşf et!
Marketinq üzrə Təcrübəçi

Mumbai, India
Müraciət etmək isdədiyiniz təqdirdə, zəhmət olmasa ilk öncə +994 70 654 00 70, laman.aliyeva@aiesec.net ilə əlaqə saxlayın.

Haqqında:
Qlobal Könüllülər yumşaq və sərt bacarıqlar üzrə təlimlər yaratmaq və keçirmək, habelə yerli gənclər üçün karyera rəhbərliyini təmin etmək və marketinq bacarıqlarını inkişaf etdirmək üçün formal və texniki məktəb, kurslarda fəaliyyət göstərəcək.
Kəşf et!
Marketinq üzrə qlobal könüllülük
Yeni Qahirə, Misir
Müraciət etmək isdədiyiniz təqdirdə, zəhmət olmasa ilk öncə +994 70 654 00 70, laman.aliyeva@aiesec.net ilə əlaqə saxlayın.
Haqqında:
Qlobal Könüllülər yumşaq və professional bacarıqlar üzrə təlimlər yaratmaq və keçirmək, habelə yerli gənclər üçün karyera rəhbərliyini təmin etmək və marketinq bacarıqlarını inkişaf etdirmək üçün formal və texniki məktəb, kurslarda fəaliyyət göstərəcək.
Kəşf et!
Qrafik dizayn üzrə qlobal könüllülük
Yeni Qahirə, Misir
Müraciət etmək isdədiyiniz təqdirdə, zəhmət olmasa ilk öncə +994 70 654 00 70, laman.aliyeva@aiesec.net ilə əlaqə saxlayın.
Haqqında:
Qlobal Könüllülər yumşaq və professional bacarıqlar üzrə təlimlər yaratmaq və keçirmək, habelə yerli gənclər üçün karyera rəhbərliyini təmin etmək və marketinq bacarıqlarını inkişaf etdirmək üçün formal və texniki məktəb, kurslarda fəaliyyət göstərəcək.
Kəşf et!

Sponsor və əməkdaşları
Əgər tərəfdaş və ya sponsor olmaqda maraqlısınızsa, zəhmət olmasa bizimlə əlaqə saxlayın.
FAQ
AIESEC Azərbaycan
Əlaqə nömrələrimiz:
+994 77 304 07 76
+994 55 812 27 04
+994 55 458 95 61
Email:
susan.isgenderova@aiesec.net
gamzagasimova@aiesec.net
malak.huseynaliyeva@aiesec.net
Globus Center, 609 Cəfər Cabbarlı küçəsi, Bakı
This site was made on Tilda — a website builder that helps to create a website without any code
Create a website